Dekabrın 9-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə Azər Orucovun sədrliyi ilə “Tolışi sədo” qəzetinin redaktoru və Talış Mədəniyyət Mərkəzinin rəhbəri Hilal Məmmədovun işi üzrə hazırlıq iclası başlayıb.
Vəkil Xalid Bağırov bir sıra vəsatətlərlə çıxış edib. O, məhkəmədən Məmmədovu proses ərzində dəmir barmaqlıqlar arxasından azad etməyi və vəkillərinin yanında oturmağa icazə verməyi xahiş edib.
Bundan başqa, vəkil araşdırmanın obyektivliyinə şərait yaratmaq üçün prosesdə audio-videoçəkiliş aparılması haqqında vəsatət qaldırıb.
Dövlət ittihamçısı Tural Yusifov vəsatətləri “əsassız” adlandıraraq, müttəhimin ağır cinayətlərdə ittiham olunduğunu xatırladıb. Hakim məsləhətləşdikdən sonra vəsatətləri təmin etməyib, amma qeyd edib ki, vəkil müttəhimə yaxınlaşıb məsləhətləşə bilər.
Daha sonra hakimlə məhkəmə zalına mobil telefonla daxil olan hüquq müdafiəçisi, keçmiş “vicdan məhbusu” Vidadi İsgəndərli arasında mübahisə yaranıb. İsgəndərli buna hüququ olduğunu bildirib və telefonu təslim etməkdən imtina edib. Hakim ona zalı tərk etməyi təklif edib, o isə etiraz edib.
Daha sonra vəkil Bağırov Məmmədovun təqsirinin sübutu olmadığı üçün işin icraatına xitam verilməsi və işin təkrar istintaqa göndərilməsi haqqında vəsatətlə çıxış edib. O, həmçinin qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi haqqında vəsatət qaldırıb.
Vəkil həmçinin Cinayət Məcəlləsində “casusluq” anlayışının konkretlik olmadığını qeyd edib və şərh üçün Konstitusiya Məhkəməsinə müraciət edilməsi haqqında vəsatət qaldırıb.
Vəkil işin materiallarından “şübhəli dəlilləri” çıxarmağı və müdafiə tərəfin dəlillərini əlavə etməyi xahiş edib.
Xüsusən, vəkil Elman Hüseynovun (2008-ci ildə “Tolışi Sədo” qəzetinin keçmiş redaktoru Novruzəli Məmmədovla birlikdə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi) ifadələrini şübhəli hesab edir və Quliyevin psixiatrik ekspertizadan keçirilməsini təklif edib.
Vəkil həmçinin Məmmədovun məqalələrində milli ayrı-seçkilik salınması faktlarının olub-olmaması ilə bağlı təkrar linqvistik ekspertiza keçirilməsini təklif edib.
Digər vəkil Ramiz Məmmədov bütün vəsatətləri dəstəkləyib və H.Məmmədovun “Talış Muğan Respublikası”nı yaratmağa cəhd edən Əlikram Hümmətovun cinayət işi, “Səid Dadaşbəylinin dəstəsi”, “Tolişi Sədo” qəzetinin keçmiş baş redaktoru mərhum Novruzəli Məmmədovun işi ilə əlaqəsi ilə bağlı sübutların absurd olduğu üçün, onların iş materiallarından çıxarılmasını məhkəmədən xahiş edib.
Hilal Məmmədov özü məhkəmə prosesinin obyektiv olacağına ümid etdiyini bildirib. Hazırlıq iclası yanvarın 10-da saat 10.00-da davam edəcək.
2012-ci il iyunun 21-də İranın xeyrinə casusluq ittihamı ilə saxlanılan Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə ittiham olunur.
Təqsiri sübuta yetirilərsə, o, 15 ilədək azadlıqdan məhrum edilə bilər.
Beynəlxalq hüquq müdafiə və jurnalist təşkilatları Məmmədovu vicdan məhbusu kimi qəbul edir və dəfələrlə onun azad edilməsini tələb ediblər.
Məmmədov Astara rayonunda bir toydan “Tı kto takoy? Davay, do svidaniya” videoçarxını İnternetdə yerləşdirdikdən sonar həbs edilib.