İran parlamentinin azərbaycanlı deputatı Qulamrza Nuri Urmiya gölündəki ekoloji fəlakətə görə hökuməti sərt tənqid edib.
APA agentliyinin məlumatına görə, İranın Şərqi Azərbaycan vilayətinin Bostanabad (Bostanova) şəhərini təmsil edən deputat hökuməti Urmiya gölü ilə bağlı qəbul edilmiş qanunları icra etməməkdə günahlandırıb:
“Hökumət bu sahədə öhdəsinə düşən vəzifəni yerinə yetirməyib və bununla bağlı parlamentdə müvafiq qurumlara cavab verməyib”.
Onun sözlərinə görə, İran parlamentində Urmiya gölü ilə bağlı araşdırmalar aparılsa da, ancaq hökumət tərəfindən icraya yönəldilməyib:
“Hətta hökumətin özünün işçi qrupları da bu sahədə heç bir əməli iş görməyiblər”.
İran parlamentinin kənd təsərrüfatı, su və təbii mənbələr komissiyasının üzvü deyib ki, Urmiya gölündəki ekoloji fəlakət yeni hökumətin əsas diqqət yönəldəcəyi məsələlərindən biri olmalı və problemin həlli üçün lazımi işlər görməlidir:
“Hökumət Urmiya gölündəki ekoloji fəlakətin ölkəyə, hətta bölgəyə vura biləcəyi problemlərin qarşısını əvvəlcədən almaq üçün lazımi qərarlar almalı, əməli addımar atmalı və ən əsası bununla bağlı işlərin görülməsinə nəzarət etməlidir”.
Azərbaycanlı deputat deyib ki, Urmiya gölünün ekosisteminin xilası üçün vəsaitin ayrılmamasına səy göstərirdilər:
“Ancaq azərbaycanlı deputatların səyləri nəticəsində buna imkan verilmədi və Urmiya gölünün xilası üçün vəsait ayrıldı”.
Q. Nuri vurğulayıb ki, Urmiya gölü son 50 il ərzində indiki duruma düşüb:
“Əgər problemin qarşısını almaq üçün əvvəldən lazımi tədbirlər görülsəydi, bu gün belə bir faciənin şahidi olmazdıq. İndi lazımi addımlar atmaqla gələcəkdə baş verə biləcək bir çox problemləri həll etmək olar”.
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub.
Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.
İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub.
Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bunlar gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb.
Ekoloqlar həmçinin Urmiya gölündəki ekoloji fəlakətin hövzənin şərq və cənub hissələrində duzlaqların meydana gəlməsinə gətirib çıxardığını, bunun bölgədəki bağlar və əkin yerlərini yararsız vəziyyətə saldığını, nəticədə onlarla kənd tamamilə boşaldığını bildirirlər. İran ekologiya rəsmiləri isə Urmiya gölünün quruması ilə ölkənin milli ekoloji faciə ilə üzləşəcəyini və bu vəziyyətin qonşu ölkələrə də öz təsirini göstərəcəyini bəyan ediblər.
Onlar həmçinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün ciddi addım atılmayacağı təqdirdə duz tufanlarının Tehran vilayətinədək çatacağı barədə dəfələrlə xəbərdarlıq ediblər.