Qərbi Azərbaycan vilayətinin polis idarəsinin rəisinin verdiyi məlumata əsasən, Urmiyə şəhərində 46 kafe və çayxana polis tərəfindən bağlanıb.
İranın Xeybər Tiba və Fars xəbər agentlikləri xəbəri təsdiq edərək, bu addımın təhlükəsizliklə əlaqədar səbəblər üzündən zəruri olduğunu bildirib.
Urmiyə şəhər polis idarəsinin verdiyi məlumata görə, hökumətin icazəsi olmadan fəaliyyət göstərən bu çayxanalar ictimaiyyət arasında mənci imicə malik olub.
Urmiyə şəhərində təxminən 85 kafenin olduğu bildirilir. Xəbər agentliklərinin məlumatına əsasən, bu çayxanaların təxminən 55-i icazəsiz çalışıb. Şəhərdəki çayxanaların 19-u isə ictimaiyyət tərəfindən şikayətlərə əsasən bağlanıb.
Urmiyə şəhərindəki 85 kafe və çayxanadan yalnız 11-i hökumət tərəfindən icazə əsasında işləyir. Qərbi Azərbaycan vilayətinin polisinin sözlərinə görə, bu çayxanalar haqda hələlik bir qərar verilməyib.
Şəhərdə bundan öncə də kafe və çayxanaların bağlanması halları müşahidə edilmişdi. Bununla yanaşı, İranın başqa şəhərlərində də fəaliyyət göstərən çayxanaların bağlanması nəticəsində yüzlərlə adamın işini itirdiyi deyilir.
Bəzi kafe və çayxana sahibləri İranın Ali məhkəməsi və Ədliyyə orqanlarına müraciət edərək, ictiai iaşə obyektlərinin polis tərəfindən bağlanmasına etiraz ediblər. Lakin məhkəmə keçən həftə onların şikayəti təmin etməyərək, çayxanaların bağlanması haqda qərar çıxarıb.