Accessibility links

Urmiya gölünün 2/3 hissəsi quruyub


Urmuya gölü
Urmuya gölü

Gölün dərinliyi 14 metrdən 2 metrə düşüb

Urmiya gölünün orta dərinliyi 14 metrdən 2 metrə düşüb. APA agentliyinin məlumata görə, bu barədə Səhralaşma Komponentləri üzrə Tədqiqat Qrupunun rəhbəri Məhəmməd Dərviş bildirib.

Onun sözlərinə görə, hazırda Urmiya gölünün 2/3 hissəsi duzlağa çevrilib: “Göl dolu olduğu zaman sahəsi 540 min hektar idi. Ancaq lazımi su ilə təmin olunmadığından sahəsi 360-390 min hektaradək azalıb. Bu səbəbdən Urmiya gölünün hazırda 2/3 hissəsinin quruduğunu deyə bilərik”.

M. Dərviş deyib ki, küləklərin şərqdən qərbə doğru əsməyi nəzərə alınsa, Binab, Marağa, Əcəbşir şəhərləri duz yellərinin təsiri ilə üzləşə bilər: “Bu duz yelləri əkin sahələrini məhv edəcək. Eyni zamanda yerli camaatın sağlamlığı ciddi təhlükə qarşısında qala bilər”.

İranın Şərqi Azərbaycan vilayətinin kənd təsərrüfatı idarəsinin rəhbəri Məsud Məhəmmədian isə Urmiya gölünün ətrafındakı quyuların suyunun şor olduğunu açıqlayıb: “Bu vəziyyət ağırlaşacağı təqdirdə Urmiya gölünün ətrafında olan Şərqi Azərbaycan vilayətinin 7 şəhərinin 204 min hektarlıq əkin sahəsi duzlağa çevrilə bilər”.
XS
SM
MD
LG