ABŞ-da yaşayan siyasi fəal Cavad Abbasi Amerikanın Səsinə müsahibədə deyib ki, İran Azərbaycanında milli mədəni hüquqları təşviq edən fərdlər və təşkilatlar ümumiyyətlə böyük hədəflər üzərində mübahisə edirlər, ancaq bu hədəflərə nail olmaq üçün plan və proqram hazırlamağa yetərli diqqət ayırmırlar.
Abbasi ideoloji mübahisələr yerinə praktik plan və layihələr üzərində çalışmağın daha faydalı ola biləcəyini vurğulayıb:
Bugün baxdığımızda təşkilat üzvü olmayan fəallarımızın sayı təşkilat üzvlərindən daha çoxdur. Bu da təşkilatların eybidir.
“Fərdlər ya qurumlarımız fərq etmir, biz ümumiyyətlə böyük məsələlərlə məşğul oluruq. Məsələn istiqlal, federal və ya öz müqəddəratını təyin etmə haqqından danışırıq. Bunların üstündə olduqca mübahisə gedir. Halbuki, bu hədəflərə çatmaq üçün qısa və üzünmüddətli plan və layihələr daha önəmlidir. Təəssüf ki, buna yetərli diqqət ayrılmır. Biz ideoloji mübahisələrdən daha çox, o hədəflər uğrunda praktik və əməli plan-layihələr üzərində çalışaraq güclərimizi və imkanlarımızı birləşdirsək daha faydalı olar.”
Siyasi fəal ideallara ilişib qalmağın praktık faəliyyətlərə əngəl törətdiyini ifadə edib. Onun sözlərinə görə, “iş biriliyi layihələri məsələsində diqqət etməliyik ki, ideallar önəmlidir amma ideallara ilişib qalmaq bizi irəli götürməz. İdeallara çatmaq üçün mütləq planlarımız olmalıdır. Sadəcə sözdə qalmamalıyıq, biz əmələ keçməliyik. Hərəkatmızda böyük potensial var, amma planımız yoxdur. Çözüm yönümlü layihələr gərçəkləşdirə bilərik.”
Hərəkatmızda böyük potensial var amma planımız yoxdur. Çözüm yönümlü layihələr gəşlişdirə bilərik.
Güney təşkilatlarının mütəxəssis kadrlara ehtiyacı olduğunu önə çəkən Cavad Abbasi keyfiyyətli insanların hərəkatdan kənarlaşdırıldığını tənqid edib.
“Bizim daha çox mütəxəssislərə ehtiyacımız var, hüquqda, siyasətdə, iqtisadiyyatda. Qurumlarımızın funksional hala gəlməsi üçün bunlar olmalıdır. Amma bu qabiliyyətləri daşıyan şəxslər və qurumlar az görünür... Biz baxırıq ki, keyfiyyətli insanlar, şüurlu insanlar kənarlaşdırılır. Hətta əxlaqi baxımdan istəmir ki, çirkin mübahisələrə şahid olsun, çirkin mübahisələrin bir tərəfi olsun. Beləliklə biz bu insanları itiririk,” o, qeyd edib.
Biz baxırıq ki, keyfiyyətli insanlar, şüurlu insanlar kənarlaşdırılır. Hətta əxlaqi baxımdan istəmir ki, çirkin mübahisələrə şahid olsun, çirkin mübahisələrin bir tərəfi olsun. Və biz bu insanları itiririk
Abbasi keçmişdə bir neçə il təşkilat üzvü olaraq fəaliyyət göstərsə də, hazırda heç bir təşkilata bağlı deyil. O, hesab edir ki, milli hərəkata mənsub qüvvələr son illərdə “birləşdirici” deyil, daha çox “ziddiyyət yaradan dil və üslub işlədirlər:
“Təəssüf ki, son illərə baxdığımızda daha çox ziddiyət doğuran dil və üsullar görə bilirik. Biz bir toplum olaraq əgər bir problemi təsbit ediriksə, bu problemin həlli yolunda təbii olaraq fərqli təriflər və çözüm təklifləri ola bilər. Ona görə, burada birinin hədəfə yetişmək üçün fərqli yolu var deyə biz onu düşmən kimi görməməliyik. Təəssüf ki, bu gün şəxsiyyət terroru görürük. Qaralama və təxribat cəhdləri görürük. Hətta dava arxadaşlarımızı, dünənki dostlarımızı və gələcəkdə çiyin-çiyinə çalışacaq dostlarımızı biz hədələyirik.”
Milli fəal əlavə edir ki, “bu gün təşkilat üzvü olmayan fəallarımızın sayı təşkilat üzvlərindən daha çoxdur. Bu da təşkilatların eybidir. Təşkilat qucaqlayıcı olmayınca, plan proqram gətirməyincə, insanlara və fikirlərə sayğı duymayınca [belə olur]. Görürük ki, təşkilat var bugün 5 nəfər 10 nəfər üzvü olsa da, keçmişdə 100-200 insan gəlib bu təşkilatdan gedib. Gedənlərin hamısına da satqın, nə bilim xain, filan yerin, filan ölkənin adamı damğası vurulub.”