Accessibility links

Aslan Sultani: İslam Respublikası zəiflədikcə türk fəallar birliyin önəmini daha çox qavrayır


Azərbaycan Mərkəz Partiyasının sözçüsü Aslan Sultani Amerikanın Səsi ilə söhbətdə deyir ki, “İslam Respublikası zəiflədikcə təbii olaraq müxalif qüvvələr, o cümlədən Güney Azərbaycan təşkilatları və türk aktivistlər daha da birləşməyə doğru çalışırlar. Bunu hiss edirlər və bilirlər ki, bu rejimin aradan getməsi ərəfəsində bizə birlik lazimdir.”

please wait

No media source currently available

0:00 0:15:00 0:00

Güney təşkilatları arasında əməkdaşlıq və birgə fəaliyyət potensialını dəyərləndirən Sultani bu təşkilatlar arasında çox çətin və çözülməyəcək ixtilafların mövcud olmadığını ifadə edir.

Güney Azərbaycan təşkilatları və xaricdə olan türk aktivistlər arasında o qədər də çox ziddiyyətli və açmaza girmiş bir durum yoxdur. Bəzən çox qısa konstruktiv danışıqlarla problemləri çözmək olar.


“Əslində Güney Azərbaycan təşkilatları və xaricdə olan türk aktivistlər arasında o qədər də çox ziddiyyətli və açmaza girmiş bir durum yoxdur. Bəzən çox qısa konstruktiv danışıqlarla problemləri çözmək olar... Nümunələr var ki, hətta əzəli düşmənlər və rəqiblər də mənfəətləri mövzu olanda yan-yana oturub, əl sıxışıblar. Ani və müvəqqəti birləşmələrdən böyük uğurlar çıxıb,” siyasi fəal söyləyir.

Aslani milli hərəkata mənsub qüvvələrin birləşməsi istiqamətində keçən illərdə göstərilən cəhdlərin uğursuzluqla nəticələndiyinə diqqət çəkərək deyir ki, “Güney Azərbaycanda formalaşan hərəkatın yeni fazasının təqribən 20-25 il ömrü var. Bunun kökləri əskilərə dayansa da, illərlə fasilə olub... Yeni faza və yeni nəslin siyasi təcrübə olaraq zamana ehtiyacı var idi. Məncə yetkinləşmək, habelə dünya miqyasında və regional miqyasda mütəfəkkirlər və siyasi fiqurlar yetişdirmək üçün hələ də zamana ehtiyacı var.”

O əlavə edir, “bu təcrübəsizlik əsas məsələlərdən biri idi ki, mane olub bu təşkilatlar və qruplar bəzi məsələlər ətrafında birləşib və görüş birliyinə çatsınlar... Amma, zaman irəlilədikcə yeni nəsil yetkinləşdikcə və yeni fiqurlar ortaya çıxdıqca bu məsələlər də öz həllini tapmağa məcburdur. Bu bir zaman gərəyidir ki, müxtəlif təşkilatlarımız, ki demək olar hamısı da eyni hədəfə çalışırlar, zaman içində bir-birlərinə yaxınlaşsınlar.”

Aslan Sultani milli hərəkata mənsub çoxsayda təşkilat və partiyanın mövcud olmasının bir problem təşkil etmədiyini qeyd edir.

Çoxsayda partiyaların və təşkilatların qurulması və müxtəlif adlarla müxtəlif platformlarda olması problem deyil.


“Hədəflərdə və ya məqsəddə bir fərqlilik görmürük. Sadəcə yanaşma tərzləri fərqlidir və təbii ki, buna görə də müxtəlif təşkilatlar qurulub. Mən bunda heç bir problem görmürəm. Çoxsayda partiyaların və təşkilatların qurulması və müxtəlif adlarla müxtəlif platformlarda olması problem deyil. Sadəcə, hədəfin bir olduğu üçün, bu təşkilatlar mümkün qədər, bizə önəmli məsələlərdə, Azərbaycan vətəni və türk millətinə önəmli olan məsələlərdə bir araya gəlib, birgə hərəkət etmələri yaxşı və müsbət ola bilər” - deyə, siyasi fəal əlavə edir.

XS
SM
MD
LG