Accessibility links

Aydın Maralanlı: Güney təşkilatları olaraq illərdir ki, birləşməyi bacara bilmirik


please wait

No media source currently available

0:00 0:13:38 0:00

Milli Yol Təşkilatının nümayəndəsi Aydın Maralanlı Amerikanın Səsi ilə söhbətdə keçən illərdə Güney Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin birləşmə təşəbbüsləri və bu təşəbbüslərin uğursuz nəticələnməsinin səbəbləri haqqında danışıb.

Hazırda həm rejim çalışır ki, bu məşruiyyət böhranı və ümumi etirazlara bir çarə tapsın, həm də sözdə müxalifət hərəkətə keçmiş. Təbii ki biz də çalışırıq öz hərəkatımızı dəyişən şəraitə uyğunlaşdıraq.

Maralanlı birləşmə məsələsinin xüsusilə İslam Respublikasının legitimlik böhranı yaşadığı hazırkı dönəmdə daha da önəmli olduğunu ifadə edir.

“Hazırda həm rejim çalışır ki, bu məşruiyyət böhranı və ümumi etirazlara bir çarə tapsın, həm də rejimin sözdə müxalifləri hərəkətə keçmiş. Təbii ki, biz də çalışırıq öz hərəkatımızı dəyişən şəraitə uyğunlaşdıraq. O cümlədən, geniş iş birliyi yartamağa çalışırıq,” siyasi fəal söyləyir.

Onun dediklərinə görə, milli hərəkata mənsub bütün qüvvələr birgə fəaliyyətlərin artmasını arzu etsələr də, bunu həyata keçirməkdə hələ ki, uğur qazana bilməyiblər:

Keçmişdəki təşəbbüslər müsbət nəticə vermədi, hələ bəlkə bəzi yeni ayrılmalara da səbəb oldu.


“Hər kəs iş birliyi haqqında danışır. Amma müəyyən səbəblərdən dolayı müvəffəq olmuruq. İllərdir ki, bütün cəhdlərə baxmayaraq, birləşə bilmədik.”

Siyasi fəal keçmişdə birləşmə və ittifaqlaşma istiqamətində göstərilən cəhdlərə diqqət çəkir. O deyir ki, “Milli Şuranın birinci və ikinci toplantısı, Amsterdamdakı o məşhur toplantı, Kölndə 2015-ci ildə 13 təşkilatın koordinasiya yaratma təşəbbüsü, sürgündə parlament təşəbbüsü və son olaraq da milli cəbhə yaratmaq üçün toplantı; bunlar müsbət nəticə vermədi, hələ bəlkə bəzi yeni ayrılmalara da səbəb oldu.”

Aydın Maralanlı hesab edir ki, bu uğursuzluqların səbəbləri hissiyatdan uzaq bir şəkildə araşdırılmalıdır.

“Bu uğursuzluqların səbəblərini sadəcə hissiyatla yanaşaraq analiz etmək olmaz. Bunu elmi olaraq araşdırmaq lazimdir ki, bunun səbəbləri nədir ki, biz birlik yarada bilmirik. Problem bizdədirmi? Və ya planlaşdırmalar lazimdir ki, biz onu diqqətə almırıq,” Milli Yol Təşkilatının üzvü qeyd edir.

Aydın Maralanlı əlavə edir ki, “hərəkatda birlik məsələsinə realistik yanaşmaq yerinə hissi baxış vardır. Amma birliyin olması üçün onun ön şərtlərinin təmin olunması gərəkir. Qalıcı birliyin yaranması üçün istəklər və amacların eyni olması gərəklidir. Əsas problem elə bu istəklərdədir. Orada anlaşa bilsək, birləşmək çox rahat olar.”

XS
SM
MD
LG