Cavad Abbasi: Keyfiyyətli insanlar milli hərəkatdan kənarlaşdırılır
ABŞ-da yaşayan siyasi fəal Cavad Abbasi Amerikanın Səsinə müsahibədə deyib ki, İran Azərbaycanında milli mədəni hüquqları təşviq edən fərdlər və təşkilatlar ümumiyyətlə böyük hədəflər üzərində mübahisə edirlər, ancaq bu hədəflərə nail olmaq üçün plan və proqram hazırlamağa yetərli diqqət ayırmırlar.