Accessibility links

İyunun sonunda Azərbaycan və Ermənistan xarici işlər naziri görüşəcək


Elmar Mamedyarov Eduard Nalbandian
Elmar Mamedyarov Eduard Nalbandian

ATƏT-in Minsk qrupunun həmsədrləri iki ölkə prezidentlərinin görüşü ilə bağlı fəaliyyətlərini davam etdirir

ATƏT-in Minsk qrupunun həmsədrləri iyunun sonunda yenidən Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü planlaşdırır. Bu barədə bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazirin dediyinə görə, hazırda görüşün hansı formatda keçirilməsi ilə bağlı müzakirələr aparılır.

“Həmsədrlər yenə də regiona gələ bilər. Hər halda belə bir görüş iyunun sonu üçün planlaşdırılır”.

Xatırladaq ki, Elmar Məmmədyarov iyunun 7-də Londonda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Nazirin sözlərinə görə, London görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı və məzmunu müzakirə olunub.

Nazir deyib ki, vasitəçilər prezidentlərin görüşü ilə bağlı fəaliyyətlərini davam etdirir.

“Biz istəyirik ki, görüş məzmunlu olsun, görüş xatirinə görüş keçirilməsin”, Məmmədyarov qeyd edib.

Yerli medianın yazdığına görə, Londonda prezidentlərin görüşü razılaşdırıla bilməyib. Prezidentlər mayın 12-də Avstriyanın Zalsburq şəhərində görüşməli idi.

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə Rusiya prezidentinin təşəbbüsü ilə 2012-ci ilin yanvarın 23-də Soçidə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG