Accessibility links

Prezident Obama: Sizi və Azərbaycan xalqını təbrik edirəm


Prezidentlər İlham Əliyev və Barak Obama
Prezidentlər İlham Əliyev və Barak Obama

ABŞ davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulmasında və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir

Prezident Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. 1918-ci il mayın 28-də müstəqil Azərbaycan müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika kimi beynəlxalq ictimaiyyətə nümunə oldu. Azərbaycanın əlamətdar tarixi ilə bağlı bayrama biz də qoşuluruq.

Ölkələrimiz arasında, xüsusilə də enerji və regional təhlükəsizlik sahələrində möhkəm tərəfdaşlıq mövcuddur. ABŞ, həmçinin davamlı, çiçəklənən demokratik cəmiyyətin qurulmasında və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın səylərinə kömək etməyə tam sadiqdir. Əfqanıstandakı kollektiv səylərimizin dəstəklənməsinə Azərbaycanın töhfələrini olduqca yüksək qiymətləndiririk.

Milli bayramınız münasibətilə Sizə və Azərbaycan xalqına Amerika xalqı adından ən xoş arzularımı çatdırıram".

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG