Accessibility links

Laçının işğalının 21 ili


Bu gün Azərbaycanın qərbində Ermənistan və Dağlıq Qarabağ arasında yolu keçdiyi mühüm strateji məntəqə olan Laçın Şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalından 21 il keçir.
Laçına hücum mayın 9-da Şuşa şəhərinin ermənilər tərəfindən işğalından sonra başlayıb.
Elə həmin gün erməni tərəfi iki tərəfdən – Şuşa və Ermənistan tərəfdən Laçına intensiv artilleriya atəşi açmağa başlayıb. Mayın 11-12-də yenə iki tərəfdən Laçına hücum olub.
Şəhəri müntəzəm ordu hissəsi və özünümüdafiə batalyonları müdafiə edirdi. Lakin rəhbərliyin hərbi cəhətdən intizamsızlığı və Bakıda hakimiyyətin böhranı ilə əlaqədar şəhəri əldə saxlamaq mümkün olmayıb.
Mayın 18-də saat 04.00 - 05.00 radələrində Ermənistanın hərbi texnikası Laçın şəhərinə daxil olub. Ordu hissələrinin və özünümüdafiə dəstələrinin düşməni şəhərdən sıxışdırıb çıxarmaq cəhdləri uğurlu olmayıb. Laçın uğrunda döyüşlərdə Azərbaycan tərəfi həm hərbçi, həm də mülki əhali arasından çox sayda itkilər verib. Onlarla mülki şəxs əsir götürülüb.
Laçın rayonunun ərazisi 1835 kv. km təşkil edir. İşğala qədər rayonda 120 kənd oluv və orada 48 min nəfər yaşayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG