Accessibility links

Obama Erdogan zirvə görüşündə Qarabağ məsələsi müzakirə edilib [Video]


Ağ Evdə birgə mətbuat konfransında danışan baş nazir Erdoğan Ermənistan və Azərbaycanla bağlı müzakirələr aparıldığını deyib

ABŞ prezidenti Barak Obama və Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan arasında danışıqlar zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi yer alıb.

Ağ Evdə görüşdən sonra birgə mətbuat konfransında danışan baş nazir Erdoğan prezident Obama ilə Yaxın Şərq sülh prosesi, həmçinin beynəlxalq və regional məsələlərin müzakirə edildiyini bildirib. Cənab Erdoğan regional məsələlər arasında Kipr problemi, eləcə də Azərbaycan, Ermənistan, İran və Əfqanıstanla bağlı müzakirələrin aparıldığını deyib.

Türkiyənin Baş naziri Vaşinqtonda ABŞ-ın vitse-prezidenti Co Bayden, Dövlət katibi Con Kerri və Obama administrasiyasının bir sıra başqa rəsmilərilə görüşləri davam etdirəcək.

Görüşlər və müzakirələr zamanı Suriyada iki ildən artıqdır davam edən vətəndaş müharibəsinin dayandırılması səyləri diqqət mərkəzindədir.
Obama Erdoğan zirvə görüşü
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG