Accessibility links

 
Azərbaycan və Ermənistan yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəlib

Azərbaycan və Ermənistan yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəlib


Dağlıq Qarabağ
Dağlıq Qarabağ

Həmsədrlər görüşün hazırlanması üçün hər iki ölkənin xarici işlər nazirləri ilə birgə işləyir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər. Bu barədə iyunun 5-də Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədr Yan Kellinin ofisindən bildirilib:

"Tərəflər yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər və həmsədrlər belə bir görüşün hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə işləməyə davam edəcəklər".

ATƏT-in Minsk qrupunun həmsədrləri may ayında Bakı və Yerevana səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə bu il ərzində dövlət başçılarının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG