Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin şikayətini təmin edib


Azərbaycan məhkəmələri jurnalistə qarşı pis rəftarla bağlı iddialarını təmin etməyib. 2006-cı ildə onun şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı jurnalist Sarvan Rizvanovun iddiası üzrə qərarını açıqlayıb. Məhkəmə cənab Rizvanovun işində Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin pozulması haqqında iddianı əsaslı sayıb.

Vəkili İntiqam Əliyev bildirib ki, Azərbaycan hakimiyyəti jurnalistə mənəvi ziyana görə 4500 avro və məhkəmə xərcləri üçün 3000 avro ödəməlidir.
“Şadam ki, Avropa Məhkəməsi ədaləti bərpa etdi və ümid edirəm ki, ölkə hakimiyyəti tərəfindən təzyiqə məruz qalmış bütün həmkarlarımın hüquqları bu şəkildə bərpa olunacaq”, - deyə hazırda Almaniyada yaşayan Sarvan Rizvanov bildirib.
Turan Agentliyinin müxbiri Sarvan Rizvanov 2005-ci il noyabrın 9-da “Qələbə” meydanı yaxınlığında müxalifətin icazəsiz mitinqində zorakılığa məruz qalıb. Mitinqin işıqlandırılması zamanı Yasamal rayon polis rəisinin müavini Çingiz Məmmədov onu metal çubuqla vurub və xəsarət yetirib.

Azərbaycan məhkəmələri jurnalistin hüquqlarının pozulması və ona qarşı pis rəftarla bağlı iddialarını təmin etməyib. 2006-cı ildə onun şikayəti Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib.

XS
SM
MD
LG