Accessibility links

Avropa məhkəməsi Yukosun hüquqlarının pozulduğu haqda qərar çıxarıb


Avropa məhkəməsi Yukosun hüquqlarının pozulduğu haqda qərar çıxarıb
Avropa məhkəməsi Yukosun hüquqlarının pozulduğu haqda qərar çıxarıb

Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın hazırda fəaliyyət göstərməyən neft şirkəti Yukosun hüquqlarını pozduğu haqda qərar çıxarıb. Lakin məhkəmə hökumətin siyasi motivlər əsasında hərəkət etmədiyi haqda nəticəyə gəlib. Strasburq məhkəməsi Rusiya rəsmilərinin insan hüquqlarına dair Avropa konvensiyasına əsasən Yukosun ədalətli məhkəmə araşdırılması hüququnun pozduğunu qeyd edib. Sənəddə müdafiəni hazırlamaq üçün şirkətə kifayət qədər vaxt verilmədiyi və ədalətsiz şəkildə vergi cərimələrinin tətbiq edildiyi bildirilir. Hazırda həbsdə olan Mixail Xodorkovskinin bir zamanlar rəhbərlik etdiyi Yukos şirkəti 98 milyard dollar məbləğində təzminat ödənilməsinə çalışır. Avropa İnsan Hüquqları Məhkəməsi təzminat iddiası haqda qərarın çıxarılmasını təxirə salıb.

XS
SM
MD
LG