Accessibility links

AŞPA həmməruzəçiləri Azərbaycanda monitorinq aparacaq


AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex
AŞPA həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex

Mayın 19-21-də keçiriləcək monitorinq Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini əhatə edəcək

Avropa Şurası Parlamnet Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) mayın 19-21-də Azərbaycanda səfərdə olacaqlar. Məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı monitorinq keçirməkdir. Bu barədə AŞ mətbuat xidməti məlumat yayıb.

Bakıda prezident İlham Əliyev, ədliyyə və daxili işlər nazirləri, baş prokuror ilə danışıqlar planlaşdırılıb.

Həmçinin siyasi partiyaların təmsilçiləri, Ali Məhkəmənin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşlər nəzərdə tutulub.

Xatırladaq ki, mayın 21-23-də Avropa Şurasının baş katibi Torbyörn Yanqland Bakıya gələcək. Bundan əlavə, mayın 22 -23-də Bakıda AŞPA-nın Daimi Komitəsi və Bürosunun iclası olacaq.
XS
SM
MD
LG