Qazaxıstan prezidenti Nursultan Nazarbayev müstəqillik şənliklərinin zorakılıqlara çevrilməsindən sonra Janaözen şəhərində fövqəladə vəziyyət elan edib. Bu fərman polislə neftçilər arasında baş verən qaşıdurmadan sonra verilib. Toqquşmalar zamanı 10 adamın öldürüldüyü bildirilir. Bəziləri işdən çıxarılan neftçilər olmaqla, şəhərdə işçilər maaşların artırılması tələbi ilə nümayiş keçirib.
Rəsmilər qarşıdurmanın nümayişçilərin mərkəzi meydanda qurulan çadırları dağıtması ilə baş qaldırdığını bildirib. Nümayişçilər isə polisin onları mühasirəyə alıb, atəş açdığını deyir.
Associated Press-in məlumatında şəhərdə atəş səsləri eşidildiyi bildirilsə də, rəsmilər polisin atəş açdığını inkar edir.
Dünən Qazaxıstanda Sovet İttifaqının süqutundan sonra müstəqilliyinin 20-ci ildönümü qeyd edilib.