Accessibility links

Qazaxıstan parlamentində üç partiya təmsil olunacaq


Qazaxıstan parlamentində üç partiya təmsil olunacaq
Qazaxıstan parlamentində üç partiya təmsil olunacaq

İndiyədək hakim partiyanın üzvlərindən ibarət Qazaxıstan parlamentində üç siyasi partiyanın təmsilçiləri yer alacaq.

Bazar ertəsi açıqlanmış seçki nəticələri göstərir ki, biznes təmayüllü Ak Jol və hökumətpərəst Kommunist Partiyası hərəyə yeddi faizdən çox səs toplayıblar.

Qazaxıstanın yeni seçki qanununa əsasən ikinci yerdə gələn partiyaya avtomatik parlamentdə yer verilir. Eyni zamanda yeddi fazidən çox səs toplamış partiya da yer qazanır.

Prezident Nursultan Nazarbayevin başçılıq etdiyi Nur Otan partiyası səslərin 80 faizini qazanıb.

Cənab Nazarbayev partiyasının qələbəsini sabitliyin və hökumətinə verilən dəstəyin göstəricisi kimi qiymətləndirib.

Avropalı seçki monitorları seçkilərin demokratik prinsiplərə cavab vermədiyini deyirlər.

XS
SM
MD
LG