Accessibility links

Qazaxıstanda parlament seçkiləri keçirilib (YENİLƏNİB)


Qazaxıstanda parlament seçkiləri keçirilib (YENİLƏNİB)
Qazaxıstanda parlament seçkiləri keçirilib (YENİLƏNİB)

Qazaxıstanda seçicilər bu gün parlament seçkilərində səs verib. Seçkilər parlamentdə siyasi partiyaların daha demokratik şəkildə təmsil olunmasını təmin etməlidir.

Yerli və Qərb media vasitələri səsvermə məntəqələri bağlanan zaman seçicilərin 70 faizinin səsvermədə iştirak etdiyi haqda xəbər verib.

İndiyə qədər Qazaxıstan parlamentində yerlərin hamısı prezident Nursultan Nazarbayevin Nur Otan partiyası tərəfindən tutulmuşdur. Yeni qanuna əsasən, səslərin lazımi 7 faizini almasa belə ikinci partiyanın parlamentdə təmsil olunacağı təmin ediləcək.

Nur Otan partiyası üçün ciddi rəqabət yarada biləcək müxalifət partiyalarının seçkiyə buraxılmaması biznes dairələrini təmsil edən Ak Jol partiyasının ikinci yerə çıxa biləməsinə yol açır.

ATƏT-in müşahidəçi qrupu bazr ertəsi səsvermə ilə bağlı ilkin hesabatını açıqlayacaq.

71 yaşlı prezident Nursultan Nazarbayev ölkədə hələ də böyük populyarlığa malikdir. O, 1991-ci ildə Qazaxıstan müstəqilliyini qazandıqdan sonra ölkə prezidenti olmuşdur.

Zəngin enerji ehtiyatlarına malik Qazaxıstan ABŞ-ın Əfqanıstanda hərbi əməliyatları üçün şimal təchizat yolunu təmin etməklə strateji əhəmiyyətə malik ölkədir.

XS
SM
MD
LG