Accessibility links

Mirvari Qəhrəmanlı: Neftçilərin əmək haqqı iş şəraitinə uyğun deyil


Mirvari Qəhrəmanlı: Neftçilərin əmək haqqı iş şəraitinə uyğun deyil
Mirvari Qəhrəmanlı: Neftçilərin əmək haqqı iş şəraitinə uyğun deyil

2012-ci ilin əvvəlində Salyanoil və Shirvanoil əməliyyat şirkətlərində çalışan iki neftçi həlak olub. 2011-ci ildə 23 nəfər, 2010-cu ildə 10, 2009-cu ildə 6 nəfər həlak olub.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi neftçilərin hüquqlarının ən çox SOCAR tərəfindən pozulduğunu bildirib. “Şirkət müvəqqəti əmək sazişləri bağlayır ki, bu da kobud pozuntudur”, - deyə komitənin rəhbəri Mirvari Qəhrəmanlı bu gün keçirdiyi mətbuat konfransında bildirib .
Komitə məhkəmələrdə 45 iddia qaldırıb və onlardan 11-i təmin edilib. Həmçinin Komitə iş yerlərində bədbəxt hadisələrin və neftçilər arasında ölüm hallarının artmasından narahatdır. Belə ki, 2012-ci ilin əvvəlində Salyanoil və Shirvanoil əməliyyat şirkətlərində çalışan iki neftçi həlak olub. 2011-ci ildə 23 nəfər, 2010-cu ildə 10, 2009-cu ildə 6 nəfər həlak olub. “Bu neftçilərin ölümünə görə heç kim cəzalandırılmayıb”, - deyə xanım Qəhrəmanlı vurğulayıb.
O qeyd edib ki, neftçilərin əmək haqqı onların iş şəraitinə, işin ağırlığına uyğun deyil. “Bu ildən neftçilərin əmək haqları 10% artırılıb ki, bu da çox azdır. Hazırda dənizdə işləyən operatorun əmək haqqının baza hissəsi 225, quruda işləyəninki 330 manat təşkil edir. Bu, çox aşağı göstəricidir. Əmək haqqının baza hissəsi minimum 800 manat olmalıdır”, - deyə o vurğulayıb.

XS
SM
MD
LG