Accessibility links

İctimai Palata Bakının altı rayonunda mitinq keçirməyə cəhd edib


İctimai Palata Bakının altı rayonunda mitinq keçirməyə cəhd edib
İctimai Palata Bakının altı rayonunda mitinq keçirməyə cəhd edib

Mitinq cəhdi Bakının altı rayonun ərazisində, Nərimanov, Gənclik, Neftçilər, İnşaatçılar, 28 May, Elmlər Akademiyası metro stansiyalarının qarşısı, Milli Park rayonlarını əhatə edib. Müxalifət mitinqin məqsədinə çatdığını, iqtidar isə müxalifətin iflasa uğradığını deyir.

Müxalifətdə olan siyasi partiyaların, keçmiş deputatlığa namizədlərin, ziyalıların və ictimai xadimlərin birləşdiyi Ictimai Palata demokratik dəyişikliklər tələbi ilə paytaxt Bakının müxtəlif meydan və parklarında mitinq keçirməyə cəhd edib. Mitinq cəhdi Bakının altı rayonunun ərazisində, Nərimanov, Gənclik, Neftçilər, İnşaatçılar, 28 May, Elmlər Akademiyası metro stansiyalarının qarşısı, Milli Park rayonlarını əhatə edib. Polis cəhdin qarşısını alıb, saxlananlar var.

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində əlli nəfərədək etirazçının saxlandığını deyib. “Müxalifətin aksiyası baş tutdu. Paytaxtın 6 rayonunda etiraz aksiyası keçirilib, plakatlar qaldırılıb, şüarlar səsləndirilib. Etiraz aksiyasının əsas tələbləri demokratik azadlıqlar, növbədənkənar parlament seçkilərinin keçirilməsi, korrupsiyaya qarşı mübarizə, əmək haqlarının artırılmasıdır”.

İqtidarda olan Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı İctimai Palatanın cəhdini müxalifətin iflası kimi qiymətləndirir. “Müxalifətin çağırışına insanlar məhəl qoymadı.”

Öz növbəsində, Bakı şəhər Baş Polis idarəsi və Bakı şəhər Prokurorluğunun məlumatında deyilir ki, ümumi sayı 80 nəfərədək olan aksiya iştirakçılarından toplantıların keçirilməsi qaydasını pozmuş, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama və xırda xuliqanlıq xətaları törətmiş 23 nəfəri saxlanıb. 10 nəfər barəsində toplanmış materiallar aidiyyəti məhkəmələrə göndərilib, 13 nəfər barəsində isə ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.

XS
SM
MD
LG