Accessibility links

Qazaxıstanda qarşıdurma zamanı 15 nəfər öldürülüb


Qazaxıstanda qarşıdurma zamanı 15 nəfər öldürülüb
Qazaxıstanda qarşıdurma zamanı 15 nəfər öldürülüb

Neftlə zəngin Qazaxıstanda iş yerlərində ixtisarlara etiraz olaraq üçüncü gündür davam edən nümayişlər zamanı polis tərəfindən azı 15 nəfərin öldürüldüyü deyilir. Nümayişçilər prezident Nursultan Nazarbayevin fövqəladə vəziyyət elan etdiyi Janaözen şəhərindən ordunun çıxarılmasını tələb edir.

Keçən şümə günü işdən çıxarılan neftçilər və digər işçilər əmək haqlarının qaldırılmasını tələb edərək, şəhərin mərkəzində bəzədilmiş yolkanı sındırmış, bir neçə binada yanğın törətmiş, polislə toqquşmuşdu. Prezident Nazarbayev dağıntılarda əli olanları xaricdən dəstəklənən xuliqanlar adlandırıb. Nümayiş iştirakçılarının bəziləri polisin etirazçıları mühasirəyə alaraq, atəş açdırlarını deyirlər.

XS
SM
MD
LG