Accessibility links

Anar Məmmədliyə yeni ittihamlar elan edilib


 Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovu 12 ilədək həbs gözləyir

Martın 19-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə ibtidai istintaqın başa çatdığı elan edilib. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Onun sözlərinə görə, Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin daha iki maddəsi üzrə ittiham elan edilib.

Belə ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, SMDTM-nin icraçı direktoru Bəşir Süleymanlı və “Könüllülərin Beynəlxalq Əməkdaşlığı” ictimai birliyinin rəhbəri Elnur Məmmədova qarşı vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 29 oktyabr 2013-cü ildə Cinayət Məcəlləsinin 192.2.2, 192.2.3, 213.2.1, 213.2.2 və 308.2-ci maddələri ilə cinayət işi başlanıb.

2013-cü ilin dekabrında təqsirləndirilən şəxs qismində Məmmədli barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib. Martın 6-da həbs müddəti daha üç ay uzadılıb.

Bəşir Süleymanlı və Elnur Məmmədovdan isə başqa yerə getməmək barədə iltizam alınıb.

Vəkil bildirib ki, Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yeni ittihamlar elan edilib.

Yeni ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulur.
XS
SM
MD
LG