Accessibility links

Anar Məmmədlinin həbs müddəti daha üç ay uzadılıb


Anar Məmmədli (SMDT) rəhbəri
Anar Məmmədli (SMDT) rəhbəri

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək

Nəsimi rayon məhkəməsi bu gün Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin həbs müddətini üç ay uzadıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, bu qərar Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında qəbul edilib.

Vəkil Elçin Sadıqov fəalın həbs müddətinin uzadılmasını əsassız və siyasi motivli hesab edir. Onun sözlərinə görə, Məmmədli barəsində faktiki olaraq istintaq hərəkəti həyata keçirilmir, onun həbsdə saxlanılması üçün əsas yoxdur.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək.

Anar Məmmədli 16 dekabr 2013-cü ildə qanunsuz sahibkarlıq, vergilərdən yayınma, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə həbs edilib. Məhkəmə onun 3 ay müddətinə həbsinə icazə verib.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Hüquq müdafiəçilərini müdafiə edən digər təşkilat – Front Line Defenders Məmmədlini Soçidə Olimpiya oyunlarına həsr edilmiş kampaniya ilə müdafiəsini həyata keçirdiyi 12 hüquq müdafiəçisindən ibarət siyahıya daxil edib.

Beynəlxalq təşkilatlar Məmmədlinin həbsinin əsl səbəbi kimi ötən ilin oktyabrında Azərbaycanda prezident seçkiləri zamanı qanun pozuntuları ilə bağlı hesabat yaymasını göstərir.
XS
SM
MD
LG