Accessibility links

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət humanitar yardım yola salıb


Azərbaycan Ukraynaya yardım göndərib (Mənbə: AZƏRTAC)
Azərbaycan Ukraynaya yardım göndərib (Mənbə: AZƏRTAC)

Fevralın 7-də Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib. Elektrik avadanlıqlarından ibarət yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Ukraynaya yardım üçün bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayırıb.

Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov bildirib ki, bu vəsait çərçivəsində göndərilən ilkin humanitar yardım yükünə elektrik kabelləri, naqillər və transformatorlar daxildir.

“Ukrayna tərəfindən daxil olmuş müraciətə əsasən, qeyd edilən təchizat müharibədən zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası üçün nəzərdə tutulur”, o qeyd edib.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun ilk günlərindən Azərbaycan ərazilərin minalardan təmizlənməsinə dəstək verir, humanitar yardım göstərir.

“Biz səmimi qəlbdən minnətdarıq, bunu çox yüksək qiymətləndiririk və heç vaxt unutmayacağıq”, Yuriy Husyev qeyd edib.

Ukrayna səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klınçenko deyib ki, bu yardım həqiqətən Ukrayna xalqını, insan həyatlarını xilas edir və iqtisadiyyatın fəaliyyətini təmin edir.

"Bir müddət əvvəl Davos forumunda prezidentlər Volodimir Zelenski və İlham Əliyev görüşdülər. Bu görüş bizim strateji tərəfdaşlığımıza zəmanət verən növbəti hadisə, əlaqələrimizin möhkəm təmələ malik olduğunun göstəricisi oldu", o bildirib.

Klınçenkonun sözlərinə görə, yeni yardım partiyasının göndərilməsinin Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu tarixə təsadüf etməsi əlamətdardır.

"Regional sabitliyin, sülhün və ticarət əməkdaşlığının təmin edilməsi, inkişafı və zəmanəti üzrə məqsədlərimiz var. Aramızda ticarətin daha mürəkkəb, daha kompleks hala gəlməsini görməkdən məmnunuq ki, bu da həm Azərbaycan, həm də bizim üçün faydalıdır", o əlavə edib.

Xatırladaq ki, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş yenidənqurma və humanitar məqsədli yardımların ümumi məbləği 40 milyon ABŞ dollarını keçib.

2025-ci ilədək elektrik avadanlıqları qismində 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, habelə 3.3 milyon metrdən çox kabel və naqil Ukraynaya yola salınıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG