Accessibility links

Azərbaycan AŞPA-ya nümayəndə heyəti göndərməyib


Arxiv fotosu: AŞPA plenar iclası
Arxiv fotosu: AŞPA plenar iclası

Azərbaycan Avropa Şurası Parlament Assambleyasına (AŞPA) nümayəndə heyəti göndərməyib.

Azərbaycan Milli Məclisi nümayəndə heyətinin etimadnamələrini Assambleyaya təqdim etmədiyindən AŞPA-nın qış sessiyası yanvarın 27-də azərbaycanlı deputatların iştirakı olmadan işinə başlayıb.

“Azərbaycan Strasburqa nümayəndə heyəti göndərməyib. Onlar səlahiyyətlərinin bərpası üçün müraciət etməyiblər. Çünki bilirlər ki [onları dəstəkləyəcək] çoxluq yoxdur və məncə yenidən itirmək istəmirlər. Ona görə düşünürəm ki, onlar daha yaxşı fürsət gözləyirlər”, AŞPA-nın Sosialistlər, Demokratlar və Yaşıllar siyasi qrupunun lideri və Almaniyanın nümayəndə heyətinin rəhbəri Frank Şvabe Amerikanın Səsinə deyib.

Almaniyalı deputatın sözlərinə görə, Azərbaycan nümayəndə heyəti hələ aprel ayındakı plenar iclas üçün etimadnamələrini təqdim edə bilərlər.

Qaydalara əsasən, üzv ölkələr parlament seçkilərinin keçirilməsindən ötən altı ay müddətində nümayəndə heyətinin etimadnaməsini AŞPA-ya təqdim etməlidir. AŞPA-nın növbəti sessiyası isə 7-11 aprel tarixlərində baş tutacaq.

Azərbaycanda son parlament seçkiləri ötən il sentyabrın 1-də keçirildiyindən, Milli Məclis martın 1-dək AŞPA-ya etimadnamələri təqdim etməlidir. Milli Məclis bu tarixədək üzvlərinin etimadnamələrini göndərərsə, nümayəndə heyətinin etimadnaməsinə aprel sessiyasında yenidən baxıla bilər.

“Görək, ölkədə yaxşı doğruya bir şey dəyişəcəkmi. Siyasi məhbusları buraxarlarsa, nələrsə dəyişsə, biz hazırıq. Ancaq vəziyyət eyni qalarsa, indi və ya sonra müraciət etmələrinin fərqi yoxdur. Ölkədə hazırkı vəziyyət davam edəcəyi təqdirdə, onların etimadnamələrinin təsdiqləyəcək çoxluq olmayacaq”, Frank Şvabe əlavə edib.

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Hikmət Babaoğlu isə Turan agentliyinə bildirib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının ləğv olunması təşəbbüsü heç bir halda nə AŞPA-nın nizamnaməsi, nə də insan hüquqları ilə bağlı deyil: “Bu, Azərbaycana qarşı təzyiq məsələsidir və Qərbin bir sıra islamofob mərkəzləri tərəfindən idarə olunur”.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan deputat, eyni zamanda, Azərbaycanın bu təşkilatla əməkdaşlıq etməyə daima hazır olduğunu vurğulayıb.

“Əgər insan hüquqları ilə bağlı Avropa məkanında məsələlərin bir növ koordinatoru rolunda çıxış edən bu təşkilat səmimi olarsa, Azərbaycan onunla əməkdaşlıda həmişə maraqlıdır. Amma məsələ ondadır ki, insan hüquqları Azərbaycan üçün AŞPA-nın məsələsi deyil, insan hüquqların qorunması Azərbaycan üçün konstitusion məsələdir. [...] Ona görə də bizim AŞPA-da olub-olmamağımız insan hüquqlarında heç bir rol oynamayacaq”, Babaoğlu əlavə edib.

Azərbaycanda repressiyalara son qoyulması üzrə kampaniya”nın koordinatoru, hüquq müdafiəçisi Florian İrminger isə AŞPA-nın Azərbaycana qarşı sanksiya qoymasından sonra vəziyyətin daha da pisləşdiyini vurğulayır.

Onun sözlərinə görə, hüquq müdafiəçisi Anar Məmmədlinin ötən ilin aprel ayında həbs edilməsi repressiyaların yeni səviyyəsini göstərdi.

“Anar Məmmədlinin həbsindən sonra repressiyalar il boyu davam edərək Meydan TV-nin 6 əməkdaşının həbsi ilə başa çatdı. Bu isə bir baxımdan ilin sonunda rejimin niyyətinə işarədir ki, biz heç kimi azad etməyəcəyik, kimi bacarırıqsa, həbs edəcəyik. Avropa Şurasının agah olmalı olduğu şey budur. Repressiyaların səviyyəsinin aşağı düşməsinə dair heç bir əlamət yoxdur”, İrminger deyib.


10 beynəlxalq insan hüquqları təşkilatı, o cümlədən “Azərbaycanda repressiyalara son qoyulması üzrə kampaniya” ötən həftə AŞPA üzvlərinə məktub ünvanlayaraq Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıblar.

Hüquq müdafiə təşkilatları Azərbaycanda vətəndaş cəmiyyyəti, müstəqil media və siyasi müxalifətə qarşı artan repressiyaların Avropa Şurasının prinsipləri və dəyərlərini pozmaqda davam etdiyini, azərbaycanlı deputatların səlahiyyətlərinin bərpası üçün konkret meyarların hazırlanmalı və tətbiq edilməli olduğu vurğulayıblar.

Açıq məktubda həmçinin Assambleyanın AŞ Baş katibini Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının sistematik şəkildə pozması ilə bağlı 52-ci maddə üzrə araşdırmaya başlamağa çağırması məsələsi qaldırılır.

AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsi, insan hüquqlarının pisləşən vəziyyəti, o cümlədən jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi də daxil olmaqla əməkdaşlıqdan imtinanı, habelə Qarabağda hərbi əməliyyatları əsas gətirərək azərbaycanlı deputatların etimadnamələrini təsdiqləməyib.

Azərbaycanın Assambleyadan kənarlaşdırılmasına çağıran qətnamənin lehinə AŞPA-nın 26 ölkədən olan 76 deputatı səs verib.

Assambleyada səsvermədən əvvəl qurumda iştirakını “qeyri-müəyyən müddətə” dayandırdığını bəyan edən Azərbaycanın nümayəndə heyəti baş verənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsi olduğunu qeyd edib.

Növbəti aylarda Azərbaycanda jurnalistlərə və fəallara qarşı təqiblərin və həbslərin davam etməsindən narahatlıq ifadə edən AŞPA üzvləri, o cümlədən, Azərbaycan üzrə həmməruzəçi Liz Kristoffersen rəsmi Bakını siyasi məhbusları azad etməyə, vətəndaş cəmiyyətinə qarşı təqibləri dayandırmağa və insan hüquqları sahəsindəki beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb.

Azərbaycan isə öz növbəsində sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinə də AŞPA-nın müşahidə missiyasını dəvət etməyib və bunu Azərbaycana qarşı qoyulan sanksiya ilə əlaqələndirib.

Üstəlik, avqustun 25-də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə səs verən deputatları “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyada Çernobbio Forumunda çıxışı zamanı Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsini “qırmızı xəttin keçilməsi” və Azərbaycanın suverenliyini bərpa etməsinə görə tətbiq edilən sanksiya adlandırıb.

İlham Əliyev əlavə edib ki, Azərbaycanın nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa edildikdən sonra onlara qarşı qoyulmuş qadağa aradan qaldırılacaq.

Ötən il noyabrın 14-də AŞ Şurasının Baş katibi Alen Berse Bakıda COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb.

Berse noyabrın sonlarında AŞPA üzvləri ilə Lüksemburqdakı görüşündə Əliyevlə bütün məsələlər ətrafında mübadilə apardıqlarını, fikir ayrılıqlarına baxmayaraq, dialoqun bərpasının vacibliyini vurğulayıb.

Berse noyabrın sonlarında AŞPA üzvləri ilə Lüksemburqdakı görüşündə Əliyevlə bütün məsələlər ətrafında mübadilə apardıqlarını, fikir ayrılıqlarına baxmayaraq, konstruktiv dialoqun bərpasının vacib olduğunu deyib.

“Azərbaycan Avropa Şurasının üzvü olduğuna görə ən azı gözləmək lazımdır ki, biz hökumətlərarası məsələlərdə əməkdaşlığı və birgə işi bərpa edə bilək və bu məqsədə nail olunub. Bu kiçik bir nəticədir, amma nəticədir”, Berse deyib.

AŞ Baş katibinin yanvarın 28-də AŞPA ilə mübadiləsi zamanı bu məsələyə yenidən qayıdacağı gözlənilir.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri 2022-ci ildən bəri ilk dəfə görüşüb
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:11:27 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Trampın Ukraynada müharibəyə son qoymaq səyləri. ABŞ administrasiyasının Xəzər regionunda prioritetləri.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:30:04 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG