Accessibility links

Samirə Qasımlı: Azər Qasımlı ilə şüşə arxasından olsa da görüşdük


Azər Qasımlı- siyasi şərhçi
Azər Qasımlı- siyasi şərhçi

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı dekabrın 20-də onunla 1 saylı Bakı İsitintaq Təcridxanasında (Kürdəxanı təcridxanası) görüşüb.

Bu barədə Amerikanın Səsinə Samirə Qasımlı bildirib.

Onun sözlərinə görə, görüş şüşə arxasında baş tutub.

“Azər ümumən yaxşıdır. Heç nədən şikayəti yoxdur. Səhhəti yaxşıdır. Saxlanma şəraitindən də razıdır. Kim ki, onu soruşur hər kəsə salamlarını göndərdi. Bir porblem ondadır ki, biz normal şəraitdə görüşüb danışa bilmirik. Yalnız şüşə arxasında. Yanımızda adamlar var. Bu böyük bir diskomfortdur”, deyə o bildirib.

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Dekabrın 8-də Azər Qasımlı 9 yaşlı uşağını idman məşqindən götürən zaman saxlanılıb.

Dekabrın 10-da isə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Bundan öncə, noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Qasımlı saxlanılan zaman rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə xeyli suallar verildiyini deyib.

Forum

XS
SM
MD
LG