Accessibility links

Məhkəmə Azər Qasımlı barədə həbs qətimkan tədbiri seçib


Məhkəmə Azər Qasımlı barədə həbs qətimkan tədbiri seçib
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Dekabrın 9-da Bakı şəhər Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barədə 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli bildirib.

Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib.

Vəkil qeyd edib ki, Azər Qasımlı ittihamı qəbul etmir və məhkəmədə saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Rövşanə Rəhimli birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini istisna etməyib.

Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə şübhəli şəxs qismində saxlanılıb.

“Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib”, vəkil Aqil Layıc Amerikanın Səsinə deyib.

Dekabrın 8-də Azər Qasımlı 9 yaşlı uşağını idman məşqindən götürən zaman saxlanılıb.

Noyabrın 25-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində şahiq qismində dindirilib. O, üç saat yarımdan sonra sərbəst buraxılıb.

Azər Qasımlı Amerikanın Səsinə bildirib ki, bir cinayət işi üzrə “şahid qismində” dindirilib.

Qasımlı yazılı iltizam verdiyinə görə hansı cinayət işindən söhbət getdiyini deməyib.

O, rəhbərlik etdiyi Siyasi Menecment İnstitutunun fəaliyyəti barədə də xeyli suallar verildiyini deyib.

Noyabrın 22-də Azər Qasımlı Bakı Beynəlxalq Aerportundan xaricə buraxılmayıb, onun ölkədən çıxışına qadağa qoyulduğu bildilib.

Forum

XS
SM
MD
LG