Accessibility links

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib


Azərbaycan və Türkiyə arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib (Foto :MN)
Azərbaycan və Türkiyə arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib (Foto :MN)

Dekabrın 20-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycanda səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Görüşdə ölkələr arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb.

Məlumatda deyilir ki, tərəflər regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparıb.

Xatırladaq ki, üç il əvvəl iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.

Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.

Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.

Forum

XS
SM
MD
LG