Accessibility links

Azərbaycan və Türkiyə prezidentləri Suriyada vəziyyəti müzakirə edib


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (Mənbə: Prezident Administrasiyası)
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (Mənbə: Prezident Administrasiyası)

Dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan telefon söhbəti zamanı Suriyadakı vəziyyəti, regional və qlobal məsələləri müzakirə edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.

“Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.

Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.

Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb”, məlumatda qeyd edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın X platformasında yayılan məlumatda isə deyilir ki, Prezident Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində Suriyada baş verən son hadisələri, regional və qlobal məsələləri müzakirə edib.

Məlumatda Prezident Ərdoğanın Türkiyənin Suriyada daimi sabitliyin bərqərar edilməsi məqsədilə Suriya xalqına dəstəyi davam etdirəcəyini bildirib.

“Azərbaycan prezidenti Əliyev də Suriyadakı yeni vəziyyətlə bağlı məmnunluğuni ifadə edib", Türkiyə Prezidentinin X platformasında yayılan məlumatda qeyd edilir.

Forum

XS
SM
MD
LG