Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu bafədə Hikmət Hacıyev X Platformasında yazıb.
"Qardaş Türkiyəyə səfərim əsnasında dəyərli qardaşlarım Fəxrəddin Altun və Akif Çağatay ilə həmişə olduğu kimi səmimi və məzmunlu görüşlər keçirdim. Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik, müttəfiqlik xarakteri daşıyan ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik", Prezidentin köməkçisi vurğulayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə dekabrın 10-da yaydığı bəyanatda Azərbaycanın Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazır olduğu vurğulanıb.
“Bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşar Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”, bəyanatda deyilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Ankarada keçirilən 15-ci Səfirlər Konfransında “Qarabağın işğaldan azad edilməsi nəticəsində yaranan tarixi imkanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu etdiyini” bildirib.
Forum