Accessibility links

Noyabr ayında Avropa ölkələrində yaşayan 55 şəxs Azərbaycana readmissiya olunub


Almaniyadan readmissiya olunan şəxslər (Arxiv foto)
Almaniyadan readmissiya olunan şəxslər (Arxiv foto)

Noyabr ayında Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bu barədə DMX-nin Readmissiya məsələləri idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, onlar əsasən Almaniya, İsveç, Yunanıstan, Macarıstan, Çex və Fransadan geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.

Rəsmi məlumata görə, bu il (yanvar-noyabr) 383 nəfər Azərbaycana readmissiya olunub.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2500-dək nəfərin Azərbaycana readmissiyası artıq baş tutub və daha iki minədək şəxsin readmissiyası gözlənilir.

Ölkəyə readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Həmin şəxslər həbslərinin səbəblərini xarici ölkələrdə Azərbaycanla bağlı etiraz aksiyalarında iştirak etmələri, sosial şəbəkələrdə tənqidi fikirləri ilə əlaqələndirir.

Azərbaycan hüquq mühafizə orqanları isə fəalların həbsinin törətdikləri cinayət əməlləri ilə bağlı olduğunu bildirir.

Bu şəxslərin hamısı yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG