Accessibility links

Təbrizdə qadınların stadiona girişinə yenidən icazə verilib


Traktor komandasının qadın azarkeşləri
Traktor komandasının qadın azarkeşləri

Bu gün, 27 oktyabrda İran Premyer Liqasının 9-cu həftəsində Təbrizin Səhənd stadionunda keçirilən “Traktor” və “Alüminium Ərak” komandalarının oyunu qadın azarkeşlərin iştirakı ilə baş tutub. Uzun fasilədən sonra qadın azarkeşlər yenidən stadiona daxil olaraq sevimli komandalarını dəstəkləmək imkanı əldə ediblər.

“Traktor” klubunun rəsmi saytı matçdan əvvəl qadın azarkeşlərin oyunu stadiondan izləyə biləcəyini elan etmişdi. Bundan başqa, Şərqi Azərbaycanın yeni valisi də bir neçə gün əvvəl stadionun infrastrukturu və qadınların girişinə dair müsbət açıqlamalar verib.

Qadın azarkeşlər Təbrizdə ilk dəfə 22 avqust 2023-cü il tarixində “Traktor” və “Şarcə” arasında keçirilən oyuna məhdud sayda, 12 aprel tarixində isə İsfahanın "Zobahan" komandası ilə keçirilən oyuna geniş şəkildə daxil olmuşdular. Lakin həmin oyunlardan sonra bəzi dairələr, o cümlədən mədrəsə tələbləri və Bəsic təşkilatları qadınların stadiona girişinə etiraz bəyanatları yayaraq, girişin qadağan edilməsinə nail olmuşdular. Bu qadağa daha sonra rəsmilər tərəfindən qadın azarkeşlərin təhlükəsiz şəkildə stadiona daxil ola bilməsi üçün lazımi infrastrukturun olmaması ilə əsaslandırılmışdı.

Hazırda ölkənin bir çox stadionunda qadınların oyunları izləməsinə qadağa qüvvədə olsa da, bugünkü oyun “Traktor” komandasının evdə 2:0 hesablı qələbəsi ilə başa çatıb, bu isə stadiona gələn qadın azarkeşlər üçün ayrıca sevinc mənbəyi olub.

Forum

XS
SM
MD
LG