Accessibility links

Vaşinqtonda COP29-da özəl sektorun imkanları müzakirə edilib


Vaşinqtonda COP29-da özəl sektorun imkanları barədə müzakirə (Mənbə: Sosial şəbəkə)
Vaşinqtonda COP29-da özəl sektorun imkanları barədə müzakirə (Mənbə: Sosial şəbəkə)

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qarşıdan gələn COP29-da özəl sektorun imkanlarını müzakirə etmək üçün Vaşinqtonda işgüzar dairələrin nümayəndələri ilə görüş keçirib.

Bu barədə COP29-un X Platformasında məlumat yayılıb.

“ABŞ Ticarət Palatası tərəfindən təşkil olunmuş dəyirmi masa iqlim maliyyəsinin artırılmasında özəl sektorun roluna və COP29 gündəliyinin həyata keçirilməsində işgüzar dairələrin fəal iştirakına həsr olunub”, məlumatda qedy edilir.

Noyabrın 11-dən 22-dək Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bakı sammitində 200 ölkə Paris Sazişinin növbəti mərhələsinin həyata keçirilməsini müzakirə edəcək.

ABŞ prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta bu il oktyabrın 11-də Bakıya səfəri zamanı deyib ki, ABŞ administrasiyası iqlim fəaliyyətlərində iştirak etməyə davam edir və bunu davam etdirəcək.

Müşavir qeyd edib ki, Dünya Bankının iclası zamanı Azərbaycan tərəfi ilə COP29 sədrliyinin təşəbbüsü ilə yaradılmış İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna dair müzakirələr aparılacaq.

Con Podesta həmçinin Prezident İlham Əliyevlə görüşüb və COP29-da uğurlu nəticənin əldə olunması üçün hazırlıq, insan haqları, Ermənistanla davamlı sülh sazişi imzalamaq üçün göstərilən səylər barədə fikir mübadiləsi aparıb.

Forum

XS
SM
MD
LG