Accessibility links

Azərbaycanda keçiriləcək COP29 konfransında iştirak üçün indiyədək 28 min nəfər qeydiyyatdan keçib


COP29 bayraqları (Mənbə: COP29-un Təşkilat Komitəsi)
COP29 bayraqları (Mənbə: COP29-un Təşkilat Komitəsi)

Oktyabrın 18-i səhərə olan rəqəmlərə əsasən 28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib.

Bu barədə oktyabrın 18-də COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.

Carçalovanın sözlərinə görə, qeydiyyatdan keçənlərin 2700-ə yaxını media nümayəndəsidir. Digərləri QHT-lər, müxtəlif müşahidəçi beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlardır.

COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu isə bildirib ki, COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib.

O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.

Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək yollara Hava Limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir.

O həmçinin deyib ki, COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.

“Bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. "Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir", o qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakı şəhərində keçiriləcək.

Dubayda keçirilən son konfransda 200-ə yaxın dövlət və hökümət başçısı və 100 mindən çox insan iştirak edib. Bakıda keçiriləcək tədbirdə iştirakçıların sayı ilə bağlı hələ rəsmi məlumat açıqlanmayıb. Amma yerli mətbuat qeyri-rəsmi məndələrin ehtimallarına əsaslanaraq 80 min iştirakçının olacağını yazır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış.Tofiq Yaqublunun məhkəməsi davam edir
please wait

No media source currently available

0:00 0:11:05 0:00
XS
SM
MD
LG