Accessibility links

Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib


Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi

Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərin nəticəsini təsdiq edib.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, məhkəmənin 18 həlledici səs hüquqlu üzvlərinin hər biri qərarı imzalayıb.

Sədr qeyd edib ki, MSK-nın yekun protokolu və ona əlavə edilmiş sənədlər Seçki Məcəlləsinin tələblərinə uyğundur.

Milli Məclisə seçkilər 125 seçki dairəsi və 6 min 478 seçki məntəqəsi üzrə keçirilib. Seçkilərdə 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.

Seçkilərin nəticələrinə görə, parlamentdə 11 siyasi partiya təmsil olunacaq. Yeni Azərbaycan Partiyası parlamentdə 68 deputatla təmsil olunacaq. Digər siyasi partiyalar - Vətəndaş Həmrəyliyi Partiyası 3, Ədalət, Hüquq, Demokratiya Partiyası 2, 8 siyasi partiyanın hər biri isə 1 deputatla təmsil olunacaq.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT Parlament Assambleyasının birgə müşahidə missiyası Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı ilkin bəyanatında deyilir ki, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri seçicilərə həqiqi siyasi alternativlər təklif etməyib və səmərəli şəkildə hazırlansa da, fundamental azadlıqları və medianı həddən artıq məhdudlaşdıran hüquqi çərçivədə baş tutub.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə Amerikanın Səsinə bildirib ki, MSK-nın parlement seçkilərində seçki dairələrinin əksəriyyətini ləğv etməməsi təəssüfedici haldır.

“Nəticələr ədalətli deyil. Bu, təkcə Azərbaycanın seçki sistemini deyil, həm də ölkənin demokratik proseslərinin tamamilə böhran halına gəldiyini, iflas etdiyini göstərir. Bu, xalqın səsinə qarşı hörmətsizlik, ədalətli seçki hüququnun tapdalanmasıdır”, o belə hesab edir.

Azərbaycanın hökumət rəsmiləri və Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin azad və demokratik mühitdə keçirildiyini bildirib. MSK seçki şikayətlərinə baxıb və 46 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib. Bu isə heç bir seçki dairəsində seçkilərin nəticələrinə təsir etməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG