ABŞ Dövlət Departamenti tədqiqatçı Bəhruz Səmədovun həbsini narahatlıqla izlədiyini, Azərbaycanda jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına və siyasi müxalifət üzvlərinə qarşı davam edən basqılara görə dərin narahatlıq hissi keçirdiyini bildirib. Keçən ilin noyabrından başlayaraq Azərbaycanda onlarla jurnalist, fəal, siyasi müxalifət və vətəndaş cəmiyyəti nümayəndəsi həbs edilib. Beynəlxalq təşkilatlar Azərbaycan rəsmilərini haqsız yerə həbs edilənləri azad etməyə çağırıb. Azərbaycan hökuməti beynəlxalq tənqidləri qərəzli hesab edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini bəyan edir. Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinə müsahibədə Azərbaycanda son həbslər, vətəndaş cəmiyyətinə təzyiqlər və beynəlxalq reaksiyalar haqda danışıb.
Azərbaycanda vətəndaş cəmiyyətinə basqılar - Tarixçi alim Altay Göyüşovla söhbət
ABŞ Dövlət Departamenti Azərbaycanda jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi müxalifət üzvlərinə qarşı davam edən basqılara görə dərin narahatlığını bildirib.Tarixçi alim Altay Göyüşov Amerikanın Səsinə müsahibədə Azərbaycanda son həbslər və beynəlxalq reaksiyalar haqda danışıb.
Mövzuya uyğun
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib