Avqustun 5-də Azərbaycan vətəndaşlarını İsrailə səfər etməməyə çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur.
“Hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, nazirliyin səyahət xəbərdarlığında deyilir.
Bundan öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana və fələstinlilərin yaşadıqları ərazilərə səfər etməməyə və orada yaşayanları isə qısa müddətdə bu ölkəni tərk etməyə çağırıb.
Bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırıb.
ABŞ-ın Livandakı səfirliyi 4-cü Səviyyə: Səyahət etməmə tövsiyəsi edib.
Qərb hökumətləri İsrail və İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında gərginliyin artdığı bir vaxt öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.
Forum