İsrail ordusu və fələstinli səhiyyə rəsmilərinə bildirdiyinə görə, işğal altındakı olan İordan çayının qərb sahilində İsrailin bir avtomobilə hava zərbəsi endirməsi nəticəsində 5 fələstinli həlak olub.
İsrail ordusu şənbə günü səhər tezdən İordan çayının qərb sahilinin şimalındakı Tulkarm şəhərinin yaxınlığında yerləşən kənd ərazilərində 5 militantı daşıyan avtomobili vurub. Ordu həmin militantların hücum planlaşdırdığını bildirir. Səhiyyə Nazirliyi daha sonra zərbə nəticəsində beş kişinin öldüyünü və yaxınlıqdakı Tulkarm xəstəxanasına aparıldıqlarını təsdiqləyib.
Associated Press jurnalistinin və şahidlərin sözlərinə görə, partlayış fələstinlilərin Zeita və Qaffin kəndlərini birləşdirən yolda baş verib.
Fələstin rəsmi xəbər agentliyi “Vafa” cəsədlərdən dördünün partlayış nəticəsində “tanınmayacaq dərəcədə yandığını” bildirib.
Hadisədən bir qədər sonra İsrail ordusu Tulkarem bölgəsində daha dörd fələstinli militantın bölgədə fəaliyyət göstərən İsrail əsgərlərinə atəş açmasından qısa müddət sonra öldürüldüyünü bildirib.
Ölümləri izləyən Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail-HƏMAS arasında oktyabr ayında Qəzzada başlayan müharibədən bəri İordan çayının qərb sahilində İsrailin atəşi nəticəsində 590-dan çox fələstinli həlak olub. Onların əksəriyyəti İsrail reydləri və zorakı etirazlar zamanı öldürülüb. Lakin ölənlər arasında yəhudi məskunkarın hücumlar zamanı həlak olan fələstinlilər də var.
Müharibə HƏMAS silahlılarının oktyabrın 7-də İsrailin cənubuna hücumu ilə başlayıb. Militantlar əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfər qətlə yetilirib, 250-yə yaxın insan girov götürüb. İsrail rəsmilərinə görə, girovlardan təxminən 115 nəfər hələ də Qəzzadadır, onlardan üçdə birinin öldüyü güman edilir.
Militantların hücumundan sonra İsraili HƏMAS-a qarşı müharibəsi nəticəsində Qəzzada ən azı 39.480 fələstinli həlak olub. Bu məlumatı verən HƏMAS-ın nəzarətində olan Səhiyyə Nazirliyi rəqəmlərdə mülki əhalini və döyüşçüləri ayırmır.
Forum