Accessibility links

Azərbaycan vətəndaşlarına fələstinlilərin məskunlaşdıqları əraziyə səfərlə bağlı xəbərdarlıq edib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi İordan çayının Qərb sahili və Qəzza bölgəsinə səfərlə bağlı xəbərdarlıq edib.

Bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda xəbərdarlıq onunla izah olunur ki, fələstinlilərin məskunlaşdıqları ərazilərdə sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə oraya səfər etməmələri tövsiyə olunur.

Nazirlik "Fələstində yaşayan və orada səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələrinin zəruri" olduğunu qeyd edir.

Bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşları Livana səfər etməməyə və orada yaşayanları isə qısa müddətdə bu ölkəni tərk etməyə çağırıb.

Bölgədə gərginliyin artması ilə əlaqədar bir sıra aviaşirkətlər Yaxın Şərqə uçuşları dayandırıb.

ABŞ-ın Livandakı səfirliyi 4-cü Səviyyə: Səyahət etməmə tövsiyəsi edib.

Qərb hökumətləri İsrail və İranın dəstəklədiyi Hizbullah yaraqlıları arasında gərginliyin artdığı bir vaxt öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb.

Forum

XS
SM
MD
LG