Accessibility links

Traktor futbol klubu yeni loqosunu təqdim edib


Traktor klubunun yeni loqosu
Traktor klubunun yeni loqosu

İran azərbaycanının məşhur Traktor futbol klubu yeni loqosunu təqdim edib.

Klubun rəsmi İnstagram səhifəsində bu barədə məlumat yayılıb.

bu, son dörd il ərzində ikinci loqo dəyişikliyidir və bu addım azarkeşlər tərəfindən müxtəlif reaksiyalara səbəb olub. 2021-ci ildə klubun loqosu dəyişdirildi və bu loqo olduqca sadə idi.

Yeni loqoda qırmızı rəng üstünlük təşkil edir və sadə bir dizaynla diqqət çəkir. Klubun media hesabında verilən açıqlamada deyilir ki, loqonun dizaynı, beynəlxalq standartlara uyğun olaraq hazırlanıb və müasir incəliklərlə zənginləşdirilib.

Klubun loqosunda aparılan dəyişikliklərdən biri də təsis tarixi olan 1970-ci ilin yenidən dərc edilməsidir.

Yeni loqo haqqında verilən məlumatda bildirilir ki, loqonun hər iki tərəfində Azərbaycan xalçasının bədii motivlərindən, həmçinin göy məscid kaşılarından ilham alınaraq Traktor klubunun aid olduğu bölgənin mədəniyyətini nümayiş etdirir.

Bununla belə, sosial media istifadəçiləri və komandanın bəzi azarkeşləri loqodakı qara rəngə tənqidi yanaşsalar da, yeni loqonun bəyənib və onu müasir standartlara uyğun hesab edirlər.

Rəsmi yazışmalarda və komanda formalarında yeni loqonun tədricən əvəz olunacağı bildirilir.

Forum

XS
SM
MD
LG