Son həftələrdə Şərqi Azərbaycan vilayətinin rəsmiləri və Traktor Klubunun sahibi Məhəmmədrza Zunuzi arasında klubun təhvil verilməsi məsələsi müzakirə olunur.
Fars xəbər agentliyinin məlumatına görə, iş adamı Zunuzi klub üçün televiziya yayımı hüququ, müəllif hüquqları qanunu və milli kanallarda, xüsusən də Kanal 3-də Traktor oyunlarının yayımlanmasını tələb edir.
Bu xəbərə əsasən, klub sahibinin bu tələbləri yeni deyil və Zunuzi bu tələbləri daha əvvəl də irəli sürüb.
Məhəmmədrza Zunuzinin tələbləri vilayət rəsmiləri, o cümlədən Şərqi Azərbaycan vilayətinin mərhum valisi Malik Rahmatinin müavini Türab Məhəmmədi ilə danışıqlarda müzakirə olunub. Lakin tələblər vilayət orqanlarının səlahiyyətləri xaricində olduğu üçün danışıqlar nəticəsiz qalıb.
"Radio və televiziyanın ayrı-seçkiliyi və iki paytaxt komandasının [İstiqlal və Persepolis] oyunlarının milli kanallarda yayımlanması ilə bu komandalarla rəqabət aparmaq mümkün deyil" - deyə, Zunuzi bildirib.
Traktor klubu sahibinin vilayət rəsmilərindən komandaya qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı tələbləri və bu rəsmilərin həmin tələbləri yerinə yetirmək səlahiyyətinin olmaması səbəbindən danışıqlar nəticəsiz qalıb və Zunuzi komandanı və klubu təhvil verməkdə israr edir.
Forum