Accessibility links

Traktor komandası Ankarada təlim-məşq tədbiri keçirəcək


"Traktor - Sepahan" matçı
"Traktor - Sepahan" matçı

Traktor Klubunun icraçı direktoru Səid Müzəffərizadə bildirib ki, Ankara və İstanbulda bir neçə idman kampını ziyarət etdikdən sonra təlim-məşq toplanışının Türkiyənin paytaxtı Ankarada keçirilməsinə qərar verilib.

İRNA xəbər agentliyi Traktor Klubunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iyulun 27-də futbolçular İran Futbolu Tibbi Qiymətləndirmə və Araşdırma Mərkəzinin testindən keçdikdən sonra Türkiyəyə yollanacaqlar.

Ötən mövsüm bir çox problemlərlə üzləşən və klubun sahibinin klubu təhvil vermək istəməsi səbəbindən qeyri-müəyyənlik içində olan Traktor futbol komandası yay transferlərini sürətləndirməyə başlayıb.

Təxminən iki həftə əvvəl Traktor komandası Xorvatiyalı peşəkar futbol meneceri və İran millisinin sabiq baş məşqçisi Draqan Skoçiçlə razılığa gəlib və milli yığmadan bəzi futbolçuları komandaya gətirib.

Klubun komandanı ən yaxşı şəkildə hazırladığını açıqlayan Səid Müzəffərizadə azarkeşlərdən söz-söhbətlərə əhəmiyyət verməmələrini və kluba rəğbət bəsləmələrini xahiş edib.

Traktor komandası Asiya Çempionlar Liqasında iştirak edəcək.

Forum

XS
SM
MD
LG