Accessibility links

Xəzər dənizində hibrid axtarış, xilasetmə və təhlükəsizlik təlimi keçirilir


Xəzər dənizində hərbi təlim (Mənbə: İRNA)
Xəzər dənizində hərbi təlim (Mənbə: İRNA)

İran Hərbi Dəniz Qüvvələri və Xəzər dənizində fəaliyyət göstərən bütün dəniz təşkilatları tərəfindən ilk dəfə olaraq Xəzər dənizində hibrid axtarış, xilasetmə və təhlükəsizlik təlimi həyata keçirilib.

Bu barədə İRNA agentliyi məlumat yayıb.

İranın Bəndər Ənzəli şəhəri yaxınlığında keçirlən hibrid axtarış, xilasetmə və təhlükəsizlik təliminin sözçüsü, kapitan Abbas Həsəni iyulun 22-də İRNA agentliyinə bildirib ki, İran və Rusiya gəmiləri potensial dəniz insidentlərinə hazırlıqları artırmaq üçün təlimdə iştirak edib.

“Bu təlimin müxtəlif mərhələlərinə İran silahlı qüvvələri ilə yanaşı, Xəzər dənizi ölkələrindən, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr nəzarət edib”, o qeyd edib.

Sözçü bu təlimin məqsədinin İranın dənizdəki aparatları ilə Xəzər dənizi ilə həmsərhəd olan digər dövlətlər arasında qarşılıqlı əlaqə və əməkdaşlığı təşviq etmək olduğunu bildirib və əlavə edib ki, sahilyanı dövlətlər bu regionda ultra-regional ölkələrin mövcudluğuna dözmürlər.

Həsəni həmçinin bildirib ki, 4 günlük təlimlərə taktiki mərhələ ilə yanaşı sahil fazası da daxildir.

İran və Rusiya Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri 2024-cü il təlimləri zamanı hibrid dəniz axtarış-xilasetmə cədvəli əsasında yanğınsöndürmə və xəsarət alanların xilas edilməsi, habelə ticarət gəmisinə dəyən ziyanın aradan qaldırılması əməliyyatlarını həyata keçirib.

Kapitan Həsəninin sözlərinə görə, alovlanan gəminin xəbərini aldıqdan sonra ilk olaraq İran Hərbi Dəniz Qüvvələrinin helikopterləri tərəfindən əməliyyat zonası müəyyən edilərək axtarışlar aparılıb, daha sonra “Separ” reaktiv raket daşıyan gəmi Xəzər dənizində yerləşən gəmilərdə yanğınsöndürmə əməliyyatlarını həyata keçirmək üçün əraziyə yola salınıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG