Accessibility links

İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə başlanılmasını müzakirə edib


İran və Rusiya Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi kimi Rusiya ilə birgə dəmir yolu layihəsini müzakirə edib.

İRNA agentliyinin məlumatına görə, noyabrın 21-də Tehranda səfərdə olan Rusiya prezidentinin köməkçisi İqor Levitin və İranın birinci vitse-prezidenti Məhəmməd Moxberin görüşündə dəmir yolu layihəsi üzrə tikinti işləri üzrə “ilkin addımlar”ın atıldığı bildirilib.

“Rəşt-Astara dəmir yolunun tikintisi üçün ilkin addımlar və lazımi icazələrin alınması İran tərəfindən həyata keçirilib. Ümid edirik ki, Rusiya tərəfinin əməkdaşlığı ilə Şimal-Cənub dəhliznin mühüm hissəsi olan dəmir yolu xəttinin tikintisi mümkün qədər tez başlayanaq”, birinci vitse-prezident qeyd edib.

İran və Rusiya Xəzər dənizi sahili boyunca uzanan 162 kilometr dəmir yoluna Hindistan, İran, Rusiya, Azərbaycan və digər ölkələr arasında dəmir yolları və dəniz yolları vasitəsilə əlaqəni asanlaşdıran Rəşt-Astara dəmir yol xəttinin çəkilişini Şimal-Cənub nəqliyyat dəhliznin mühüm komponenti kimi qəbul edir.

Tərəflər Astara-Bəndər Abbas dəmir yolu üçün layihə təkliflərini də nəzərdən keçirib.

Məhəmməd Moxberinin sözlərinə görə, bu dəmir yolu layihəsi Şimal-Cənub dəhlizi boyunca ticarət və tranzit mübadiləsinin həcminin artırılmasında mühüm rol oynaya bilər.

“Bu dəhlizdə dəmiryol xətlərinin çəkilişi ilə bağlı İran tərəfinin üzərinə götürdüyü öhdəliklərə tam əməl olunub və icra olunur. Hər iki ölkənin həm özəl sektoru, həm də dövlət sərmayəçiləri bu dəhlizin tikintisinə operativ şəkildə qoşulmalıdır”, vitse-prezident bildirib.

İqor Levitin bildirib ki, Rusiya İran tərəfi ilə razılaşdırılaraq Şimal-Cənub dəhlizinin tikintisini ciddi şəkildə davam etdirəcək.

Onun sözlərinə görə, bununla bağlı İran və Rusiya arasında “əməkdaşlıq üçün yol xəritəsi”ni araşdırmaq üçün işçi qrupu yaradılıb.

Forum

XS
SM
MD
LG