Accessibility links

Jurnalist Cəmil Məmmədli 6 il həbsə məhkum edilib


Cəmil Məmmədli
Cəmil Məmmədli

Aprelin 17-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hakim Fəhmin Hümbətovun sədrliyi ilə jurnalist Cəmil Məmmədlini cəzasını ümumi rejimli koloniyada çəkməklə 6 il 12 gün həbsə məhkum edib.

Jurnalist Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə), 178.2 (dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Məhkəmə Cinayət Məcəlləısinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi üzrə bəraət verib. O digər iki maddə ilə təqsirli bilinib.

Cəmil Məmmədli ittihamları qəbul etmədiyini bildirib və məhkəmədən bəraət istəyib.

Müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti veriləcək.

Dövlət ittihamçısı jurnalistə 8 il 3 ay həbs istəmişdi.

Cəmil Məmmədli regionda fəaliyyət göstərən jurnalistdir. O əvvəllər Azadlıq Radiosunun əməkdaşı olub. Jurnalist bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub. 2023-cü ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlanıb. Jurnalistə, həmçinin xuliqanlığa görə cinayət işi açılıb.

Məmmədli bütün ittihamları rədd edib, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirib.

Vəkil Fariz Namazlı müdafiə çıxışında bildirib ki, məhkəmədə ittihamlar sübuta yetirilməyib və şikayətçilərlə barışıq əldə olunduğundan jurnalistə bəraət verilməli, o azadlığa buraxılmalıdır.

Məhkəmə ötən il avqustun 24-də jurnalist barədə həbs qətimkan tədbiri seçib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG