Accessibility links

Metyu Miller: ABŞ Azərbaycan- Ermənistan dialoqunun asanlaşdırılmasına hazırdır


ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnundur və buna davam edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 8-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, Dövlət Departamentinin sözçüsü əlavə edib.

Son günlər Azərbaycan-Ermənistan sərhədində durum gərginləşməkdə davam edir. İki ölkənin delimitasiya edilməmiş sərhədi boyunca qarşılıqlı atışmalar olduğu bildirilir. Tərəflər bir-birini günahlandırır.

İki ölkə arasında yaranan son gərginlik aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan arasında keçirilən üçtərəfli görüş zamanına təsadüf edir. Bu görüşün keçirilməsi Azərbaycan tərəfindən etirazla qarşılanıb.

Forum

XS
SM
MD
LG