Accessibility links

BMT-nin faktaraşdırıcı missiyası işini davam etdirmək üçün missiyanın uzadılmasını istəyir


İranın 2022-ci ilin sentyabrında başlayan qadın haqları hərəkatını boğmasını araşdıran BMT-nin təyin etdiyi beynəlxalq hüquq ekspertləri işlərini yerinə yetirmək üçün daha çox vaxt tələb edib. Lakin Tehranın müttəfiqlərinin etirazları səbəbilə onların missiyası gələn ay dayandırıla bilər.

İran üzrə Müstəqil Beynəlxalq Fakt Araşdıran Missiyanın sədri Sara Hüseyn bazar ertəsi Cenevrədə bu müraciətlə çıxış edib və iki həmkarı ilə birlikdə BMT-nin İnsan Haqları Şurasına ilk detallı hesabatını təqdim edib.

Missiyanın əsas tapıntısı İranın 2022-ci ilin sentyabr ayından “Qadın-Həyat-Azadlıq” hərəkatının “dinc etirazlarını zorakılıqla yatırması”, “əksəriyyəti insanlığa qarşı cinayətlərə bərabər olmaqla, insan haqlarının ciddi şəkildə pozulmasına” səbəb olmasından ibarət idi. 2022-ci ilin noyabrında İnsan Haqları Şurası (HRC) tərəfindən təsis edilmiş üç qadından ibarət komandanın mandatı aprelin 5-də HRC-nin cari sessiyasının sonunda başa çatır.

HRC-nin bazar ertəsi keçirilən iclasında iranlı nümayəndə Kazem Qərib Abadi faktaraşdırıcı missiyanın hesabatını siyasi cəhətdən qərəzli hesab edərək rədd edib.

Hesabatı təqdim etdikdən sonra mətbuat konfransında danışan Sara Hüseyin, İranın onları ölkəyə buraxmaqdan və ya onlarla hər hansı bir şəkildə əlaqə qurmaqdan imtina etməsini nəzərə alaraq, o və həmkarlarının qərəzsiz olduğunu və işlərini görmək üçün daha çox vaxta ehtiyaclarının olduğunu deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller martın 14-də jurnalistlərə bildirib ki, Vaşinqton İnsan Haqları Şurasının sessiyasında həm faktaraşdırıcı missiyanın, həm də BMT-nin İranda insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisinin mandatlarının yenilənməsinə dair qətnaməni “dəstəkləyir”.

43 beynəlxalq hüquq müdafiə təşkilatının koalisiyası da bazar ertəsi İnsan Haqları Şurasının üzvlərinə göndərdiyi məktubda hər iki mandatın uzadılmasını istəyib.

Onlar faktaraşdırma missiyası ilə bağlı "2022-ci il etirazları ilə bağlı beynəlxalq hüquq çərçivəsində cinayətlərin litaniyası davam edir" və "keçmiş pozuntu nümunələrinin gələcəkdə təkrarlanmaması üçün məsələyə baxılmalıdır" deyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Kyiv Rusiyanın Ukraynaya qitələrarası ballistik raket atdığını bildirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG