Accessibility links

Antoni Blinken İlham Əliyevə zəng edib


ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev.
ABŞ Dövlət katibi Antoni Blinken və Azərbaycan Prezidenti İlham Əliyev.

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, telefon danışı zamanı Dövlət katibi ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinin əhəmiyyətini vurğulayıb, enerji və iqlim prioritetləri də daxil olmaqla, artan tərəfdaşlıq təşəbbüslərini vurğulaıyıb.

“Katib Blinken və Prezident Əliyev Azərbaycan və Ermənistan arasında bütün regiona iqtisadi fayda gətirəcək sülh prosesinin inkişaf etdirilməsinin vacibliyini müzakirə ediblər. Dövlət katibi sərhəddə gərginliyin artmasına heç bir əsasın olmadığını vurğulayıb və xəbərdarlıq edib ki, hər hansı tərəfin aqressiv hərəkətləri və ritorikası sülh perspektivlərini sarsıdacaq”.

Dövlət katibi həmçinin Azərbaycanın insan hüquqları və əsas azadlıqlarla bağlı beynəlxalq öhdəliklərinə əməl etməsinin vacibliyini bir daha vurğulayıb və haqsız yerə həbs edilənlərin azad edilməsinə çağırıb.

Prezident.az saytının yadyığı məlumatda deyilir ki, ABŞ dövlət katibi aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

Açıqlamada qeyd edilir ki, Antoni Blinken sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

Xatırlatma

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller aprelin 1-də ənənəvi brifinqdə Turan agentliyinin Ermənistan-Azərbaycan sərhədində son eslakasiya ilə bağlı sualının cavabında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində eskalasiya heç kimin marağında deyil.

O, aprelin 5-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı-Ermənistan arasında üçtərəfli görüşə Azərbaycanın dəvət edilib-edilməyəcəyi ilə baağlı sualın cavabında deyib ki, görüş Ermənistanın islahatları, onun demokratiyası, iqtisadiyyatı və möhkəmliyi haqqındadır.

“Sülh prosesi bu görüşün diqqət mərkəzində deyil. Bu ABŞ, Aİ və Ermənistan arasında iqtisadi diversifikasiya, humanitar yardım, qaçqınlara dəstək, demokratiya və qanunun aliliyi kimi sahələrdə Ermənistanın siyasi islahatlarına dəstək məsələlərini müzakirə etmək üçün keçirilən görüşdür. Bu, regional görüş deyil”, o qeyd edib.

Forum

XS
SM
MD
LG