Accessibility links

HƏbsdə olan milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti azadlığa çıxıb


Əhəd Seyfxah
Əhəd Seyfxah

Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah martın 28-də girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq sərbəst buraxılıb.

Bölgədəki hüquq müdafiəçiləri bu barədə sosial mediada məlumat yayıb.

Ona qarşı irəli sürülən ittihamlarla bağlı hələ ki məlumat veriməyib. Həmçinin onun müvəqqəti azadlığa buraxılması üçün nəzərdə tutulan girovun məbləği barədə də məlumat yoxdur.

Əhəd Seyfxah ümumilikdə 23 gün təhlükəsizlik qüvvələrinin təcridxanasında və Təbriz həbsxanasında nəzarətdə saxlanılıb.

Təhlükəsizlik qüvvələri martın 6-da onun Təbrizin Kəlankəş kəndindəki evinə basqın edərək, onu həbs etmişdi.

Əhəd Seyfxah Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında sorğu-suala çəkildikdən sonra martın 25-də Təbriz Mərkəzi Həbsxanasına köçürülmüşdü.

Forum

XS
SM
MD
LG